Antalyanın Kumluca rayonunda ailə münaqişəsi zəmnində Azərbaycan vətəndaşı olan bir qadın ölüb, biri yaralanıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə Hızırkaya məhəlləsində baş verib.

Belə ki, 75 yaşlı Hüseyin Yeni ilə təxminən 2 ay öncə evləndiyi azərbaycanlı həyat yoldaşı 51 yaşlı Məhəbbət Cəfərova və qohumu Firdus Əliyeva arasında münaqişə yaranıb.

Münaqişənin davaya çevrilməsi nəticəsində qadınlardan biri Hüseyin Yeninin başına sərt cisimlə vurub. Başına aldığı zərbədən sonra evdə olan tüfənglə atəş açan Hüseyin həyat yoldaşı ilə onun qohumunu yaralayıb.

Silah səsini eşidən qonşular polisə xəbər verib. Hadisə yerinə gələn polis və təcili yardım F.Əliyevanın həyatını itirdiyini müəyyən edib.

Digər yaralı xəstəxanaya yerləşdirilib. Onun həyati təhlükəsinin olduğu bildirilib.

Gülnar Qafarlı