Türkiyənin Trabzon şəhərində fahişəliklə mübarizə çərçivəsində əməliyyat keçirilib.

Open.az "Habertürk"ə istinadən xəbər verir ki, 200 polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan 28 əcnəbi qadın saxlanılıb.

Onların arasında Ukrayna, Gürcüstan, Azərbaycan, Rusiya, Qırğızıstan, Özbəkistan və Ermənistan vətəndaşları yer alıb.

Qadınların istintaq əməliyyatlarının davam etdiyi bildirilib.

Gülnar Qafarlı