Türkiyənin İstanbul şəhərində tibb mərkəzlərinin birində dəhşətli hadisə baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə Avcılar ərazisinin Yeşilkent məhəlləsində gecə saatlarında meydana gəlib.

Belə ki, özəl tibb mərkəzinin sahibi olan Celal T. adlı həkim yanında çalışan və 3 yaşlı uşağının anası olan Aida.A adlı azərbaycanlı qadın həkimi tapançayla vuraraq, ağır yaralayıb.

Hadisə yerindən qaçmaq istəyən Celal T. polislər tərəfindən saxlanılıb.

Yaralı həkim xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı