Keçmiş azərbaycanlı milyarder, AST qrupunun təsisçisi Telman İsmayılovun Moskvanın mərkəzində satışa çıxarılan "Praqa" restoranı 1,78 milyarda qədər ucuzlaşıb.

Open.az "Vesti.ru"ya istinadən xəbər verir ki, bu barədə məlumat vahid Federal Reyestrinin sənədlərində yer alıb.

Restoranın satışı ilə bağlı növbəti hərrac apreldə keçiriləcək.

Qeyd edək ki, restoran 2015-ci ildə 2 milyarda satışa çıxarılıb. Bu əmlak, eləcə də Vostoçnı İzmaylovodakı binalar kompleksi VTB-yə daxil olan Moskva Bankında kredit üzrə girov qoyulmuşdu.

Xatırladaq ki, Telman İsmayılov 2015-ci ilin dekabr ayında iflas elan edilib O, beynəlxalq axtarışdadır və qiyabi həbs edilib. İsmayılov 2 nəfərin qətlində günahkar bilinir.

Gülnar Qafarlı