İsveçrənin Sürix şəhər prokurorluğu Azərbaycan əsilli rusiyalı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun bank hesablarına həbs qoyub.

Open.az xəbər verir ki, bununla bağlı “BM Bank” (keçmiş bank Moskva) 19 avqust tarixində məhkəməyə müraciət edib.

Vəsatət iki gün sonra təmin edilsə də, “Çerkizov” bazarının keçmiş sahibinə məxsus hesablarda nə qədər məbləğin olması ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, iş adamı dələduzluqda ittiham edilir.