Azərbaycan əsilli rusiyalı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun yeni fotosu yayılıb.

Open.az xəbər verir ki, sözügedən fotonu jurnalist Eynulla Fətullayev sosial şəbəkədə paylaşıb.

Şəkil Telman İsmayılovun Çernoqoriyada yerləşən villasında çəkilib.

Xatırladaq ki, Telman İsmayılov 2015-ci ilin dekabr ayında iflas elan edilib. O, qardaşı Vaqif ilə birlikdə beynəlxalq axtarışdadır və qiyabi həbs edilib. İsmayılov 2 nəfərin qətlində günahkar bilinir.

Telman İsmayılovun villasında istirahət edərkən fotoları yayıldı