Tbilisi-Batumi avtomagistralında baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər xəsarət alıb.

Open.az gürcü KİV-nə istinadən xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilib.

Mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində yaralananlar sərnişinlər xəstəxanaya yerləşdirilib.

Hadisənin başqa detalları haqda məlumat verilməyib.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyini istintaq başladıb.

Gülnar Qafarlı