Gürcüstanın paytaxtı Tbilisi şəhərində təcili tibbi yardım maşını qəza törədib.

Open.az gürcü KİV-nə istinadən xəbər verir ki, Çavçavadze prospektində təcili tibbi yardım maşınının tikintinin köşkünə çırpılması nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

Yaralıların arasında təcili tibbi yardım briqadasının üzvləri və Azərbaycan vətəndaşları olan tikintidə işləyən fəhlələrin olduğu bildirilib.

İlkin məlumatlara görə, hadisəyə sürücünün sükan arxasında yatması səbəb olub.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı