Tbilisidə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir.

Open.az xəbər verir ki, aksiyada Gürcüstanın azərbaycanlı gəncləri, Azərbaycan vətəndaşları, gürcü və azərbaycanlı ziyalılar iştirak edirlər.

Hazırda aksiyaçılar Heydər Əliyev adına parka toplaşırlar. Onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin binasına qədər yürüş edəcəklər.

Aksiya səfirliyin binası qarşısında davam etdiriləcək.(report)