Noyabrın 9-da Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrindəki binalarda quraşdırılmış iri reklam lövhələrində Azərbaycan bayrağı nümayiş etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Open.az-a verilən məlumata görə, Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə gerçəkləşdirilən maraqlı aksiya ölkəmizin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə baş tutub.

Aksiya şəhərin Azadlıq, Birinci Respublika, Vağzal meydanları və digər 5 mərkəzi küçəsindəki binaları əhatə edib. Binaların üzərlərindəki iri monitorlarda və ya damlarda quraşdırılmış lövhələrdə Azərbaycan bayrağının əks olunduğu çarx gün ərzində nümayiş olunub.