Rusiyanın Sankt-Peterburq şəhərinin Primorski rayonunda taksi sürcüsü işləyən Azərbaycan vətəndaşı müştərinin "iPhone 8" telefonunu oğurlayıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün saat 19: 30 radələrində baş verib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 25 yaşlı azərbaycanlı Komendantski Prospektində "Hyundai Solaris" avtomobilində sərnişini olan Çin vətəndaşının "iPhone 8"ni oğurlayaraq, qaçıb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı