“Ukraynada yaşayan azərbaycanlıların, Azərbaycan diasporunun həyatında 2018-ci il əvvəlki illərdən fərqli olaraq olduqca əlamətdar hadisələr ilə yadda qaldı. Azərbaycanlıların təşkilatlanması, ümumiyyətlə fəaliyyətləri baxımından əsl inkişaf prosesi ilə ötən il fərqləndi. Bundan irəli gələrək artıq növbəti il üçün azərbaycanlıalr ciddi planlar hazırlayıblar”.

Open.az xəbər verir ki, bunu “Report”un Kiyev bürosuna açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının (UMA) perzidenti Rövşən tağıyev bildirib.

O qeyd edib ki, ötən il konqresin Ukraynanın şəhərləri üzrə yerli bölmələrinin sayı daha da artırılıb: “Bu yaxında Ukraynanın Truskavets şəhərində Azərbaycan diasporu tərəfindən Müslüm Maqomayev adına festivalın keçirilməsi ölkədə geniş marağa səbəb oldu. Bundan başqa diaspor olaraq tərəfimizdən bir sıra şəhərlərdə Azərbaycan mədəniyyət mərkəzləri yaradıldı. Ölkənin ən böyük şəhərlərində Xocalı soyqırımı ilə bağlı, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fərqli formatlarda təqdimatlar keçirmişik”. BUAK sədri onu da bildirib ki, Ukraynada yaşayan azərbaycanlıalrın hüquqları ilə bağlı diasporun hüquq departamenti ölkənin vilayətləri üzrə yerli qurumlarla əvvəlki illərdən fərqli olaraq daha fəal təmasa keçiblər. R. Tağıyev bildirib ki, 2018-ci ildə daha çox yadda qalan o oldu ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Kiyevə gəlişi ilə bir neçə azərbaycanlı diaspor təşkilatları vahid formada birləşməyə start verdi: “Konkqret məqsəd müəyyənləşdi ki, tam birləşməliyik. İşçi Qrupu yaradıldı və 2019-cu ilin yazında artıq ümumi yekun Ukrayna azərbaycanlılarının qurulatıyını keçirəcəyik. Bütün işlərimizi, planlarımızı məhz Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqəli formada həyata keçiririk. Artıq Ukraynada azərbaycanlı diaspor təşkilatları arasında qarşıdurma yoxdur. Təəssüf ki, bu, bəzi şəxsləri, azərbaycanlıların birləşməyini istəməyənləri narahat edir və təxribatlara cəhdlər olur. Amma təcrübə göstərir ki, bu kimi cəhdlərin perspektivi yoxdir. İnanıram ki, bu templə davam etsək Ukraynada azərbaycanlılar ciddi, real bir qüvvəyə çevriləcək”. O həmçinin deyib ki, BUAK olaraq Ukrayna parlamentinin bütün qurumları ilə birbaşa təmasdadırlar: “Bizim bütün tədbirlərimizdə Ukrayna deputatları qatılır”. R. Tağıyev son vaxtlar bəzilərinin Azərbaycanın Diaspor Komitəsinin ləğv edilərək Xarici İşlər Nazirliyinin tərkibinə verilməsi təkliflərini də ciddi səhf adlandırıb: “Bu, dünyadakı azərbaycanlıalrın, o cümlədən Ukraynadakı azərbaycanlıların fəaliyyətində ciddi mənfi təsir edə bilər. Komitənin diaspor fəaliyyətində hazırkı müstəqil rolu olduqca önəmlidir. Komitə dünyadakı azərbaycanlıların fəaliyyətini Azərbaycan dövləti adına koordinasiya edən yeganə qurumdur. Bu, XİN tərkibinə verildiyi təqdirdə ciddi fikir ayrılıqlarına səbəb olacaq, problemlər yaranacaq. Çünki tez-tez səfirlər ilə diaspor təşkilatları arasında anlaşılmazlıq yaranır. Bu, reallqıdır. Səslənən təklifl reallaşarsa bu, daha da dərinləşər. Ona görə də dünyadakı azərbaycanlıların Azərbaycan dövləti ətrafında vahid ideya ilə briləşməsində komitənin müstəqil fəaliyyəti real zərurətdir. Məhz 16 il əvvəl Ulu öndər Heydər Əliyev uzaqgörən siaysəti ilə bu komitəni yaradıb”.

BUAk sədri onu da qeyd edib ki, konqres 2019-cu ildə eyni zamanda yeni layihələr üzrə hərəkət edəcək: “Ölkədə prezident, parlament seçkiləri keçiriləcək ki, azərbaycanlılar bu prosessdə fəal olacaqlar. Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyimiz konkret olduğu üçün bu kimi siyasi proseslərdə biz fəalıq. Bizim tarixi vətənimiz Azərbaycan kimi Ukraynanın da ərazi bütövlüyü təcavüzə məruz qaldığı üçün bizim bu məsələdə mövqeyimiz birmənalıdır”.