Soçidə əldə olunan razılığa əsasən Türkiyə Silahlı Qüvvələri və Suriyanın şimalındakı Rusiya qoşunlarının birgə hazırlığı davam edir.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, birgə əməliyyat zamanı rus ordusunda hərbi xidmət keçən azərbaycanlı əsgərin türk əsgəri görüncə həyəcanlandığı anlar sosial şəbəkənin gündəminə çevrilib.

Sözügedən anlar bölgədəki xarici mətbuatın kamerasına saniyə-saniyə əks olunub.

Həmyerlimizin türk əsgərə "Gəl, qardaş, gəl. Hər şey yaxşıdır" sözlərini deməsi diqqət çəkib.

Gülnar Qafarlı