Rusiyanın Mordoviya Respublikasının paytaxtı Saransk şəhərində 36 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı aprelin 2-də axşam saatlarında dostları ilə birlikdə hotellərdən birində insidentə səbəb olub.

Sərxoş həmyerlimiz hotelin əməkdaşı ilə mübahisə edib və onu döyüb.

Hadisə yerinə gələn polislər onu idarəyə aparıb. Onun alimentdən yayınmasına görə federal axtarışda olduğu ortaya çıxıb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı