Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ölkə mətbuatında Azərbaycanın haqlı mövqeyinə həsr olunmuş silsilə xəbərlər dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Open.az-a verilən məlumata görə, bu xəbərlərdə Qarabağın Azərbaycanın əzəli torpağı olması, BMT və Avropa Birliyinin işğalçı Ermənistan ordusunun işğal olunmuş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması barədə qətnamə və qərarları, ölkəmizin özünümüdafiə və ərazibütövlüyü hüquqlarını həyata keçirdiyi, Ermənistan ordusunun cəbhədən cox uzaqda olan şəhər və rayonlarımıza raket zərbələri endirməsi, mülki azərbaycanlılar arasında ağır itkilərə səbəb olması barədə ətraflı məlumatlar verilib.

Serbiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan TV-lərinə və xarici ölkələrin müxtəlif telekanallarına müsahibələrində səsləndirdiyi açıqlamalara geniş yer verib.

Xəbərləri aşağıdakı linklərdən ətraflı oxumaq olar:

https://www.danas.rs/svet/hadzijev-napadi-jermenije-predstavljaju-grubo-krsenje-medjunarodnog-humanitarnog-prava

http://www.politika.rs/scc/clanak/463500/Azerbejdzanski-predsednik-Turski-avioni-F-16-ne-ucestvuju-u-borbama-oko-Nagorno-Karabaha

https://www.danas.rs/svet/sve-akcije-koje-azerbejdzan-preduzima-su-u-okviru-sopstvenih-medjunarodno-priznatih-granica-karabah-je-azerbejdzan

https://www.danas.rs/svet/predsednik-azerbejdzana-trazi-povlacenje-jermenskih-snaga-iz-nagorno-karabaha