Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşının meyiti tapılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, azərbaycanlının meyiti ötən gecə Nevski rayonunda idarə etdiyi "Qazel"də aşkar edilib.

Yük maşını 22 nömrəli evin yaxınlığında bir işıqforda dayanıb və yerindən tərpənməyib.

Hadisədən şübhələnən digər sürcülüər maşından 51 yaşlı həmyerlimizin meyitini tapıblar.

Cəsəd yarılma üçün meyitxanaya göndərilib.

Gülnar Qafarlı