Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılar arasında münaqişə baş verib.

Open.az xəbər verir ki, bu barədə "Nevskiye Novosti" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Hadisə ötən gecə küçələrdən birində meydana gəlib. Dava zamanı xəsarət alan Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib.

Həkimlər onun qarın boşluğundan bıçaq zərbəsi aldığını və vəziyyətinin ağır olduğunu bildiriblər.

Polislər hadisəni törədən 18 yaşlı azərbaycanlını saxlayıb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı