Rusiyanın Sankt-Peterburq şəhərində polis kriminal avtoritetlərin “sxodka”sına qarşı əməliyyat keçirib.

Open.az xəbər verir ki, bu barədə "Fontanka.ru" məlumat yayıb.

Cinayət-axtarış şöbəsinin əməkdaşları "Mosarella" barında keçmiş "qanuni oğru" yığıncağının təxminən 20 üzvünü saxlayıb.

Onlar polis şöbəsinə aparılıb.

"Sxodka"da Azərbaycan vətəndaşı olan "qanuni oğru"lar Çuvaşiya və gürcüstalı nüfuzlu həmkarlarını qəbul ediblər.

Onların toplanmasının səbəbi bilinmir.

Gülnar Qafarlı