Rusiyanın Sankt-Peterburq şəhərində 56 yaşlı azərbaycanlının cəsədi tapılıb.

Open.az Rusiya KİV-ə istinadla xəbər verir ki, cəsəd azərbaycanlının qeydiyyatda olduğu Rijsk prospektindəki evin qarşısında aşkar olunub. Cəsədin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı Peterburq prokurorluğunda araşdırmalara başlanılıb.