Rusiyanın Tümen şəhərində Azərbaycan və rus vətəndaşının nikahı saxta çıxıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, 2016-cı ilin aprelində 19 yaşlı azərbaycanlı 19 yaşlı qızla nikaha daxil olub.

Bundan sonra o, Rusiyada yaşamaq üçün müvəqqəti yaşayış icazəsi alıb.

Tümen vilayətinin prokurorluğu etibarsız nikahın tanınması haqqında iddiayla Tümenin Lenin rayon məhkəməsinə müraciət edib.

Ər və arvad məhkəməyə gedib və öz nikahın saxtalığını təsdiq ediblər. Məhkəmə prokurorun iddiasını təmin edib.

Qeyd edək ki, həmyerlimiz bu addımı Rusiyadakı yaşayış yerini qanuniləşdirmək üçün atıb. Rusiyalı qıza isə pul lazım olub. O, nikahdan 15 min rubl (təxminən 400 manat) qazanıb.

Gülnar Qafarlı