Bu gün Rusiya Federasiyasının Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Open.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Moskvadan Azərbaycana gələn sərnişin mikroavtobusu yük maşınına çırpılıb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 9 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Gülnar Qafarlı