Moskva ətrafında yerləşən İzmaylovo qəsəbəsində kartof satan şəxs ilə müştərilər arasında münaqişə baş verib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, münaqişə nəticəsində 32 yaşlı Azərbaycan vətəndaşı güllələnib.

Satıcı keyfiyyətsiz məhsul satdığına görə ödənişi geri qaytarmağı tələb edən azərbaycanlıya və dostuna atəş açıb. Həmyerlimiz hadisə yerində dünyasını dəyişib, dostu isə ağır yaralanıb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı