Rusiyanın Surqut və Langepas ərazisində qumar oyunları təşkil edən etməklə məşğul olan azərbaycanlılardan ibarət etnik mütəşəkkil cinayətkar qrupun fəaliyyəti dayandırılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, mütəşəkkil dəstə yanvar ayından etibarən Azıərbaycan vətəndaşlarının mülkiyyətində olan mağaza, kafe və yataqxanalarda qumar oyunlarının keçirilməsini təşkil ediblər.

Müstəntiqlər Surqut və Langepas polis əməkdaşları ilə birgə ofis və yaşayış yerlərində axtarış aparıblar, nəticədə dörd yeraltı klubun fəaliyyəti dayandırılıb, ödəmə terminalları kimi maskalı oyun maşınları ələ keçirilib. Hazırda Rusiya Federasiyasının ərazisində Azərbaycan Respublikasının vətəndaşları olan cinayətkar qrupun təşkilatçı və iştirakçıları saxlanılıb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı