Rusiyanın Leninqrad vilayətində qız qaçırmaqda və döyməkdə ittiham olunan Azərbaycan vətəndaşı axtarışa verilib.

Open.az xəbər verir ki, bu barədə "Nevskie Novosti" məlumat yayıb.

Sankt-Peterburq şəhərinin yaxınlığında yaşayan bir qadın polisə müraciət edərək, qızının qaçırıldığını bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 21 yaşlı qızı tünd göy rəngli avtomobillə qaçırıblar.

Hadisəni 25 yaşlı Yusifli Orxan Şakir oğlunun törətdiyi məlum olub.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı