Rusiyanın Saratov vilayətinin Petrovski rayonunda azərbaycanlıların olduğu “Mercedes” markalı mikroavtobus dərəyə yuvarlanıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 Azərbycan vətəndaşı yaralanıb.

Qəza 51 yaşlı sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Qəza zamanı 38 yaşlı kişi, 51 və 61 yaşlı iki qadın xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Gülnar Qafarlı