Ötən gün Rusiyanın paytaxtı Moskva şəhərində binaların birinin liftində qadını öldürən Azərbaycan vətəndaşı saxlanılıb.

Open.az "İnterfaks"a istinadən xəbər verir ki, 27 yaşlı Rövşən Şabanov noyabrın 6-da dostu ilə əlbir olaraq qadına hücum edib və ondan pul tələb edib.

Qadının qışqırdığını, qonşuları köməyə çağırdığını görən cinayətkarlar onu döş və qarın nahiyəsindən bıçaqlayaraq qətlə yetiriblər.

Agentliyin məlumatına görə, Rövşən Şabanov Azərbaycanda keçmiş polis əməkdaşı olub. O, Moskvaya köçərək, orada satıcı işləyib.

Rövşən bir neçə soyğun hadisəsində ittiham olunur.

Gülnar Qafarlı