Ötən gün Rusiyanın Vasileostrovski rayonunda gecə yoldan keçənlər naməlum kişi cəsədi aşkar ediblər.

Open.az xəbər verir ki, bu barədə "Nevskiye Novosti" məlumat yayıb.

Yerli sakinlər hüquq-mühafizə orqanlarına dərhal müraciət ediblər. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Pols əməkdaşlarının sözlərinə görə, meyiti tapılan şəxs Peterburqda yaşayan 30 yaşlı Azərbaycan vətəndaşı olub.

Hadisənin səbəbləri araşdırılır. Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.

Gülnar Qafarlı