Ötən il Rusiyada iki azyaşlı uşağını yandırıraq öldürən azərbaycanlı Yelena Kərimovanın məhkəmə prosesi keçirilib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, ötən gün Nijeqorodda keçirilən məhkəmə prosesində 27 yaşlı qadına hökm oxunub.

Qərarə əsasən, Y.Kərimova 19 il azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində son sözlə çıxış edən qadın özünü günahkar bilməyib.

Qeyd edək ki, ötən ilin may ayında Yelena Kərimova 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı əvvəlcə boğub, daha sonra yandırıb. O, hadisədən qısa müddət sonra polis tərəfindən saxlanılıb. Ana ifadəsində cinayəti etiraf edib. Uşaqlarına təkbaşına baxmaqdan bezdiyini, gücü çatmadığı üçün bu addımı atdığını deyib.

Gülnar Qafarlı