Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd bölməsinin əməkdaşları Kerç boğazında batan yük gəmisindən 7 dənizçini xilas edib.

Open.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional sərhəd idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlum olub ki, Toqo bayrağı olan gəmi kömür daşıyırmış. Gəmidə ümumilikdə 11 nəfər olub. Onlardan 10-nun Ukrayna vətəndaşı, birinin isə Azərbaycan vətəndaşı olduğu müəyyən edilib.

Rusiya hüquq-mühafizə orqanları yük gəmisinin gövdəsində çat əmələ gəldiyini və bu səbəbdən batdığını bildirib. Batanlardan 7-si hadisə yerinə cəlb edilən xilasedicilərin köməyi ilə sudan çıxarılıb. Onların hamısı Ukrayna vətəndaşı olub.

Gülnar Qafarlı