Rusiyanın Sankt-Peterburq şəhərində yol-hərəkət qaydalarını pozan Azərbaycan vətəndaşı saxlanılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün Volkov çayının sahilində baş verib.

Təftiş zamanı saxlanılan 36 yaşlı azərbaycanlının ötən ilin fevral ayından federal axtarışda olduğu müəyyənləşib.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı