Rusiyanın Samara vilayətinin müstəntiqləri cüdo üzrə çempionunu qətlə yetirən azərbaycanlını saxlayıb.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə iyunun 24-ü Tolyatti şəhərində yerləşən "Levşa" kafesində baş verib.

Münaqişə nəticəsində bir nəfər yaralanıb və bir nəfər ölüb. Cinayətkar hadisə yerindən qaçıb.

Cinayəti törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı qısa müddətdən sonra saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı