Naməlum cinayətkar Rusiyanın Leninqrad vilayətindəki Kudrovoda metal toplama məntəqəsini ələ keçirib və iki işçini ağır yaralayıb.

Open.az xəbər verir ki, bu barədə "Nevskie Novosti" qəzeti məlumat yayıb.

Yaralananlar Azərbaycan və Özbəkistan vətəndaşı olub.

Bildirilib ki, cinayətkar azərbaycanlı və özbəkə hücum edib və onları döyüb. Onlardan 170 min rubl pul alıb və hadisə yerindən qaçıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətinin orta-ağır olduğunu bildirib.

Gülnar Qafarlı