Rusiyanın Sankt-Peterburq şəhərinin Vıborq rayonunda azərbaycanlılarla özbəklər arasında kütləvi dava baş verib.

Open.az xəbər verir ki, bu barədə "Nevskie Novosti" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hadisə ötən gün yerli saatla 22:00-da baş verib. Hadisə barədə dərhal polisə məlumat çatdırılıb.

Hadisə yerinə gələn polislər Özbəkistanın 4, Azərbaycanın 2, Rusiyanın 1 vətəndaşını saxlayaraq, 58-ci polis bölməsinə aparıblar.

Dava zamanı xəsarət alan 1 özbəkistanlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı