Rusiyanın Kalmıkiya Respublikasında Azərbaycan vətəndaşının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Çernozemelsk rayonunun Komsomolskiy-Artesian avtomobil yolunda Azərbaycan vətəndaşı idarəetməni itirib.

Hadisə nəticəsində avtomobildə olan 6 sərnişin müxtəlif travmalarla xəstəxanaya yerləşdirilib.

Gülnar Qafarlı