Rusiyanın Kalininqrad şəhərində fəhlə yeni tikilməkdə olan mənzilin liftinin şaxtasına düşüb.

Opez.az xəbər verir ki, bu barədə klops.ru saytı təcili yardıma istinadən məlumat yayıb.

Fövqəladə hadisə mayın 2-si səhər saatlarında baş verib. İlkin məlumatlara görə, 28 yaşlı Azərbaycan vətəndaşı olan fəhlə ciddi xəsarət alıb.

O, kəllə-beyin travmasıyla reanimasiyaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Gülnar Qafarlı