Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı Hüseynov Ruslan Arif oğlunu güllələyən şəxs saxlanılıb.

Open.az "Echosevera.ru"ya istinadən xəbər verir ki, qətlin sifarişlə həyata keçirildiyi bildirilib.

Biznesmenin qatili bu gün Boronej şəhərindəki evlərdən birində saxlanılıb. Polis bölməsinə gətirilən 47 yaşlı kişi ifadə verib və cinayəti etiraf edib.

Xatırladaq ki, hadisə 31 yanvardan 1 fevrala keçən gecə olub. R.Hüseynovun cəsədi Karqopolsk rayonunda tapılıb.

O, Arxangelskdə taxta biznesi ilə məşğul olub.

Gülnar Qafarlı