Rusiyanın Sankt-Peterburq şəhərində 5 piyadanın ölümünə səbəb olan Azərbycan vətəndaşı Murad Qasımovun məhkəməsi keçirilib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı həmyerlimizin cinayət işi üzrə məhkəmə iclası Kuybışevski rayon məhkəməsində baş tutub.

Qəzadan sonra cinayətkar azadlıqdan məhrum edilsə də, istintaqın uzanması nəticəsində həbs müddəti başa çatıb və avqustun sonunda məhkəmə onu müəyyən məhdudiyyətlərlə şərti azad etmək məcburiyyətində qalıb.

Zərərçəkmişlərin yaxınları işin xüsusi qaydada baxılmasını tələb ediblər. Hakim prokurorun xahişi ilə M.Qasımovun qətimkan tədbirini 6 ay müddətinə uzadaraq, sübutların araşdırılacağına, zərərçəkənlərin və şahidlərin öz sözlərini deyə biləcəklərinə qərar verib.

Həlledici növbəti məhkəmənin tarixi oktyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisən fevralın 24-ü yerli vaxtla təxminən saat 02.00-da baş verib. Azərbaycan vətəndaşı “BMW X6” markalı avtomobili ilə səkiyə çıxaraq piyadaları vurub. Nəticədə iki nəfər ölüb və dörd nəfər yaralanıb.

Tərcümeyi-halında cinayət məsuliyyətinə cəlbolunma halları olmasa da, son iki il ərzində Murad yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib.

Gülnar Qafarlı