Azərbaycanlı bloger Elvin İsayev Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılıb.

Open.az xəbər verir ki, bu barədə "Fontanka" saytı məlumat yayıb.

Bildirilib ki, o, Petro-Slavyankadakı bir evin yaxınlığında tutulub. Vəkilin sözlərinə görə, 39 yaşlı, əslən Azərbaycanın Masallı rayonundan olan bloger, İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi ("Xarici və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiya Federasiyasına daxil olma qaydalarını və ya yaşayış rejimini pozma") ilə ittiham olunur.

Həmim maddəyə əsasən Elvin İsayevin Bakıya deportasiya ediləcəyi gözlənilir. Hüquqşünaslar iddia edirlər ki, blogerin Rusiya pasportu artıq ləğv edilib.

Məlumat üçün bildirək ki, Elvin İsayev son aylar bloger kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib.

Gülnar Qafarlı