Rusiya Federasiyasının Novqorod vilayətinin sakini Lyudmila Feyzullayeva azərbaycanlı ilə saxta evlilik naminə yalandan hamilə qaldığını bildirib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, qadın nikahın qeydiyyatını sürətləndirmək üçün hətta zaks bölməsinə saxta hamiləlik sertifikatı təqdim edib.

Region prokurorluğunun əldə etdiyi məlumata görə, qadına Moskvada olan bir tibb müəssisəsindən sertifikat verilib.

Şübhəli təqsirini boynuna alıb. Məhkəmə ona 7 min rubl cərimə təyin edib. Onların saxta nikahı ləğv edilib.

Gülnar Qafarlı