Qazaxıstanın paytaxtı Astana şəhərində 27 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Open.az xəbər verir ki, bu barədə "Zakon.kz" yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

İdarənin məlumatına görə, saxlanılan şəxs silahlı hücum təşkil etməkdə şübhəli bilinir.

O, ticarət köşklərinin kassasından pul oğurlamaq istəyərkən satıcıya bədən xəsarətləri yetirib.

Polis saxlanılan Azərbaycan vətəndaşının şəhərdə qeydiyyata alınmış digər cinayətlərdə əli olub-olmadığı barədə istintaqa başlayıb.

Gülnar Qafarlı

Qazaxıstanda Azərbaycan vətəndaşı saxlanılıb