Qazaxıstanın Sərhəd Mühafizə Xidməti Qırğızıstanla sərhəddə üzərində döyüş sursatları olan Azərbaycan vətəndaşını saxlayıblar.

Open.az xəbər verir ki, bu barədə "NewTimes.kz" məlumat yayıb.

Qırğızıstandan Qazaxıstan respublikasına səfər edən 1993-cü il təvəllüdlü azərbaycanlı "Korday" sərhəd keçid məntəqəsində saxlanılıb.

Onun səyahət çantasından beş ədəd 7,62 mm çaplı patron aşkar edilib.

O, Korday rayon polis şöbəsinə aparılıb.

Gülnar Qafarlı