Çuvaşıstan Muxtar Respublikasının paytaxtı Çeboksarıda qadınlara hücum edən, onları zorlayan və soyan Azərbaycan vətəndaşı saxlanılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı azərbaycanlı ittiham olunduqdan sonra törətdiyi əməlləri boynuna alıb.

Məhkəmə onun 6 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, həmyerlimiz fevralın 5-də 56 yaşlı qadına hücum edib. Onu qətlə yetirməklə hədələyib və qadına qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq zamanı, müstəntiqlər azərbaycanlının 2017-ci ilin yanvarında da oxşar cinayət törətdiyini ortaya çıxarıb. Belə ki, cinayətkar 23 yaşlı bir qızı taxta tualetə apararaq, onu zorlayıb. Bundan əlavə qızın qızıl və pullarını oğurlayıb.

Gülnar Qafarlı