Rusiya Federasiyasının prezidenti Vladimir Putin Kaluqa şəhərində “Mədəniyyətlərin dialoqu - vahid dünya” fondunun prezidenti, ”Etnomir” layihəsinin rəhbəri Ruslan Bayramovu “Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edib.

Open.az "Vesti Kavkaz"a istinadən xəbər verir ki, fərmanın mətni hüquqi informasiya rəsmi internet-portalında yerləşdirilib.

Həmyerlimiz bu mükafata Rusiyanın mədəni və tarixi irsinin qorunması və təbliği sahəsində fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, Ruslan Bayramov Azərbaycanın Gədəbəy rayonunda dünyaya gəlib.

Gülnar Qafarlı