Hüquq-mühafizə orqanları Rusiyanın paytaxtı Moskva şəhərində "Sadovod" bazarı və “Moskva” ticarət mərkəzində axtarışlar aparır.

Open.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

“Hazırda "Sadovod" bazarı mərkəzi polis və OMON-çular tərəfindən mühasirəyə alınıb. Bazar normal rejimdə işləyir, onu bağlamadılar ”- deyə mənbə məlumat verib.

Polis bazarda çalışan satıcıları yoxlayıb.

Xatırladaq ki, "Sadovod" bazarının sahibləri əslən Qubanın Qırmızı qəsəbəsindən olan milyarderlər Zarah İliyev və Qod Nisanovdur. Bazarın ümumi sahəsi 40 hektardan çoxdur.

Gülnar Qafarlı