ABŞ polisi yanvarın 15-də Şimali Karolina ştatında yaşayan 29 yaşlı soydaşımız Elçin Xəlilovun Şarlot şəhərində sahibi olduğu telefon mağazasında qətlə yetirən şübhəlinin şəklini yayıb.

Open.az xəbər verir ki, bu barədə WSOC-TV məlumat yayıb.

Hüquq-mühafizə orqanları hələ ki heç kəsi həbs etməyib. Polislər faktla bağlı araşdırma apardıqlarını bildiriblər.

Xatırladaq ki, 29 yaşlı Elçin Xəlilov ötən gün mobil telefonların təmiri mağazasında güllələnərək öldürülüb. Qısa müddət ərzində həmvətənlərimiz və digər icma nümayəndələri onun ailəsinə kömək məqsədi ilə pul vəsaiti toplayıb.

Diasporla İş üzrə Dövlət Komitəsi hadisəni diqqət mərkəzində saxlayır və soydaşımızın cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı tədbirlər görür.

Gülnar Qafarlı

Polis ABŞ-da güllələnən azərbaycanlının qatilinin fotosunu yaydı