Ötən gün "Orenburq" hava limanında Moskvaya uçan reysdə insident yaşanıb.

Open.az "Vesti.ru"ya istinadən xəbər verir ki, təyyarə uçmağa hazırlaşarkən göyərtədə dava salan şəxsin Ermənistan vətəndaşı olduğu ortaya çıxıb.

Sərxoş 37 yaşlı sərnişin ədəbsiz söyüşlər söyüb və hərəkətlər edib. O, polisin köməkliyi ilə təyyarədən endirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Qeyd edək ki, daha əvvəl dava salan şəxsin Azərbaycan vətəndaşı olduğuna dair xəbərlər yayılıb. İzləyicilərin dava salan şəxsin mənsub olduğu ölkənin adının niyə qeyd olunmasına dair sualları cavabsız qalıb.

Gülnar Qafarlı