Azərbaycandan olan naməlum satıcı "Çayka" kimi tanınan nadir "QAZ-13" modelini 600 min dollara satmaq niyyətindədir.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, avtomobil pərəstişkarları sözügedən avtomobilin 1973-cü ildə istehsal olunduğunu iddia ediblər.

Qeyd edək ki, 1950-ci illərin sonundan 1980-ci illərin sonuna qədər SSRİ-də yüksək rütbəli dövlət xadimləri "QAZ-13" və "QAZ-14" avtomobillərindən istifadə ediblər. Bu maşınlara "Çayka" deyilirdi. Çünki bu maşınlar Qorki avtomobil zavodunda istehsal edilirdi.

Gülnar Qafarlı

Naməlum azərbaycanlı əfsanəvi Çayka

Naməlum azərbaycanlı əfsanəvi Çayka