Bu gün Moskvanın Şeremetev hava limanında zolaqdan çıxan təyyarədə olan sərnişinlərin adları açıqlanıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 5 nəfər olub. Onlardan ikisinin pilot olduğu bildirilib.

Bunlar Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Əhmədova və Belarus vətəndaşı Valentina Davıdovskaya olub.

Faktla bağlı istintaq başladılıb.

Qeyd edək ki, Azərbaycana məxsus təyyarə Moskvada hava limanına eniş edərkən zolaqdan kənara çıxıb.