Azərbaycan vətəndaşı Moskvada Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin miqrasiyalar məsələləri üzrə bölməsində iki ay qanunsuz işləyib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, qadın artıq cərimələnib və işdən çıxarılıb.

Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb. Əcnəbinin qanunsuz işə düzəlməsi prokurorluğun yoxlamaları gedişatında aşkar edilib.

Müəyyən edilib ki, o, məmur işləyib.

Qadın inzibati məsuliyyətə cəlb edilib. Məhkəmə ona 5 min rubl məbləğində cərimə barədə qərar qəbul edib.

Gülnar Qafarlı