Rusiyanın paytaxtı Moskvada “Miss Azərbaycan-2010” yarışmasının qalibi Gülnarə Əlimuradovanın 1,5 milyon rubl dəyərində üzüyü oğurlanıb.

Open.az xəbər verir ki, bu barədə "Moskva" agentliyi məlumat yayıb.

Azərbaycanlı model iyulun 15-də polisə müraciət edib.

Onun sözlərinə görə, hadisə Puşkin ərazisində restoranlardan birində baş verib. Zərərçəkmişin sözlərinə görə, o, tualetdə 1,5 milyon rubl dəyərində üzüyünü yaddan çıxarıb, geri qayıdanda isə onu yerində tapmayıb

Hadisənin səbəbləri araşdırılır. Daxili İşlər Nazirliyi faktla bağlı istintaq başladıb.

Gülnar Qafarlı

Moskvada Miss Azərbaycan


Moskvada Miss Azərbaycan